Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək

  • Müəllif: Firuzə
  • 25 Sentyabr 2025 11:20

“Nizami”dən sonra “Sahil”in yaxınlığında da bir stansiya inşa olunacaq”.

Gununsesi.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq buradan Qırmızı xəttə keçid olacaq: “Sadə dildə desək, “Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Sahil”ə keçməklə, “Həzi Aslanaov”a qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”.

 

Gununsesi.info