Millimizdən daha bir biabırçılıq

  • By admin
  • 12 Noyabr 2021 22:30

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, komandamız Avstriya yığmasını qəbul edib.

“Bakcell Arena”dakı matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra dubl edib.

AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr
20:00. 
Azərbaycan – Avstriya – 0:3
Qollar:
 Emanuel Aivu, 42, Romano Şmid, 72 (pen.), 75
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Bakı. “Bakcell Arena”

1 Xorvatiya 5 5 0 0 14-3 15
2 Avstriya 6 4 0 2 17-6 12
3 Norveç 4 3 0 1 13-4 9
4 Finlandiya 4 2 1 1 7-4 7
5 Azərbaycan 5 0 1 4 2-17 1
6 Estoniya 6 0 0 6 0-19 0

Qeyd edək ki, dünən futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Lüksemburq komandasına 1:3 hesabı ilə məğlub olub.

Gununsesi.info