Mingəçevirdə körpəsini zirzəmiyə atan şəxs saxlanıldı

  • By Ayshan
  • 07 Dekabr 2025 12:37

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info