MN: İtkilərin olması barədə məlumat yalandır

  • By admin
  • 02 Avqust 2021 20:16

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

“Bildiririk ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir”, – deyə məlumatda bildirilib.

Gununsesi.info