Moskva Kuba məsələsini ABŞ ilə müzakirə etmir - Peskov

  • Müəllif: Firuzə
  • 18 Fevral 2026 22:46

Moskva Kuba məsələsini ABŞ tərəfi ilə müzakirə etmir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr”, – deyə Peskov jurnalistlərin Kuba mövzusunun amerikalılarla müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.

O, eyni zamanda vurğulayıb ki, Rusiya ilə Kuba arasında ikitərəfli münasibətlər mövcuddur: “Bizim Rusiya-Kuba ikitərəfli münasibətlərimiz var, onlar bizim üçün çox önəmlidir və biz bu əlaqələri hərtərəfli şəkildə inkişaf etdiririk.”

Gununsesi.info