Moskvadan xəbərdarlıq: Rusiya bu ərazilərə zərbələr endirə bilər

  • By Günel
  • 17 İyul 2025 19:01

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Kiyevin Rusiya ərazisinə hücumlarında istifadə etdiyi silahların mənşəyi olan ölkələr bu addımların nəticələrinə hazır olmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə lenta.ru onun sözlərinə istinadla məlumat yayıb.

“Rusiya öz ərazisinə qarşı yönəlmiş hücumlarda istifadə edilən silahların mənsub olduğu ölkələrin hərbi obyektlərinə qarşı cavab zərbələri endirmək hüququnu özündə saxlayır,” – deyə Zaxarova bildirib.

O vurğulayıb ki, münaqişənin daha da gərginləşməsi halında Rusiya qətiyyətli və simmetrik cavab verəcək. Zaxarovanın sözlərinə görə, uzaqmənzilli raketlərin istifadəsi Ukrayna Silahlı Qüvvələrinin bu silahlardan müstəqil şəkildə istifadə etməsini mümkünsüz edir. Bu isə xarici dəstək və yönləndirmənin açıq göstəricisidir.

Gununsesi.info