Moskvaya PUA-larla hücum olub - VİDEO

Bu gün səhər saatlarında pilotsuz uçuş aparatı Moskva şəhərinin Lenin prospektində yerləşən 14 mərtəbəli yaşayış binasına çırpılıb.

Məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin də təsdiq edib.

Rusiya mətbuatı yazır ki, pilotsuz uçan aparat üç partlayıcı daşıyıb.

Yaşayış binasının sakinləri təxliyə ediliblər.

Rusiya “Telegram” kanalları PUA-nın qəzaya uğraması nəticəsində ölənlərin olduğunu yazır.

Hələlik aidiyyəti qurumlar dağıntı və insan tələfatı barədə məlumat yaymayıblar.

Gununsesi.info