ABŞ dövlət başçısı Co Bayden Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğana zəng edən Bayden yeni dönəmdə Türkiyə-Amerika münasibətlərində irəliləyişin olması ilə bağlı razılıq əldə edib.
Seçkilərin nəticələrinin türk xalqına xeyirli olmasını diləyən Bayden işbirliyinə vurğu edib.
O, iki ölkə arasındakı münasibətlərin böyük önəm daşığını bildirib.
Təbriklə bağlı Ağ Evdən də açıqlama verilib. Açıqlamada Baydenin Ərdoğanı təbrik etməsi və iki ölkə arasında müansibətlərin ələ alındığı vurğulanır.
Tərcümə: Arzu S.












