Polkovnik-leytenant intihar etdi - FOTO

  • By admin
  • 30 May 2023 09:45

Abşeron rayonunda vəzifəli şəxs intihar edib.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyub. Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Hadisənin baş verdiyi evin M.Cəbişovun atasına məxsus olduğu bildirilir. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info