Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər icra edilir.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik.











