NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gələcək

  • Müəllif: Firuzə
  • 08 May 2026 22:38

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəsinin icrasına başladıqdan sonra regiona planlaşdırılan ikinci səfəri çərçivəsində Gürcüstandadır. O, bundan əvvəl – aprel ayında Ermənistanda səfərdə olub.

NATO-dan bildirilib ki, Hamiltonun fəaliyyəti alyansın “strateji əhəmiyyətli region” adlandırdığı Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. (Report)

Gununsesi.info