Neftin qiyməti 8 il sonra ilk dəfə 90 dolları ötdü

  • By admin
  • 28 Yanvar 2022 19:31

Brent markalı neftin qiyməti artıb.

Gununsesi.info xəbər verir ki, “qara qızıl” 2% bahalaşaraq bir bareli 90,01 dollardan satılır. Brent sonuncu dəfə 2014-cü ilin oktyabrında 90 dollardan baha satılıb.

WTI markalı neftin bir barelinin qiyməti isə 1,87% artaraq 88,23 dollar təşkil edib.

 

 

Gununsesi.info