Nesta istefaya göndərildi

  • By admin
  • 23 Mart 2021 20:15

İtaliyanın “Frozinone” klubu baş məşqçisi Alessandro Nestanı istefaya göndərib.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birlikdə köməkçiləri də  klubdan ayrılıb.

Qeyd edək ki, “Frozinone” B seriyasında son 18 matçın cəmi 2-də qələbə qazanıb. Komanda turnir cədvəlində 12-ci pilləyə düşüb.

Xatırladaq ki, “Milan” və İtaliya millisinin keçmiş müdafiəçisi Nesta 2019-cu ilin iyunundan “Frozinone”ni çalışdırırdı.

Gununsesi.info