“Əgər biz razılığa gəlmək istəyiriksə, o, bir sıra əsas elementləri – təkcə İsrailin deyil, həm də ABŞ-nin, regionun və dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən elementləri əhatələməlidir”, – Netanyahu deyib.
Onun irəli sürdüyü ilk şərt bütün zənginləşdirilmiş uranın İrandan çıxarılmasıdır.
İkincisi, zənginləşdirmə avadanlığının və infrastrukturu tamamilə sökülməlidir.
Üçüncü şərt İranın raket proqramına aiddir: T ehran Raket Texnologiyalarına Nəzarət Rejiminin (MTCR) 300 kilometrlik məhdudiyyətinə əməl etməlidir.
Dördüncü şərt , Netanyahunun sözlərinə görə, “ciddi zədələnmiş”, lakin təmiri davam edən “terror mehvərinin”nin ləğv olunmasıdır.
“CBS News” telekanalının daha əvvəl yaydığı məlumatda bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Benyamin Netanyahuya danışıqların nəticəsiz qalacağı təqdirdə İsrailin İranın raket obyektlərinə zərbələrini dəstəkləyəcəyini vəd edib.











