“Netanyahunun siyasi taleyi çətinləşə bilər. Buna görə də o hesab edir ki, hazırda ABŞ tarixində İsrailə ən güclü dəstəyi verə bilən və onun hərbi siyasətini dəstəkləyən prezident və hakimiyyət mövcuddur”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Tural Gəncəliyev deyib:

“Məhz bu səbəbdən Netanyahu noyabrda keçiriləcək aralıq seçkilərinə qədər bu vəziyyətdən maksimum yararlanmağa çalışacaq.
Bununla bağlı video görüntülər də yayıldı. Həmin kadrlarda Netanyahu senator Lindsey Qrehemin dəfn mərasimində Marco Rubio və Pit Heqsetlə barmağını silkələyərək danışır, sanki onlara göstəriş verirdi. Yeri gəlmişkən, həmin görüntülər ABŞ-nin sosial şəbəkələrində də geniş müzakirə olundu və ciddi maraq doğurdu.
Maraqlı məqamlardan biri də J.D. Vance-ın həmin tədbirdə iştirak etməməsi idi. Çünki onun bu məsələlərlə bağlı daha fərqli mövqeyi olduğu bildirilir.
Bəzi ekspertlərin fikrində Netanyahunarazı ayrıldı. Bunu belə deməzdim. Əksinə, həm Donald Tramp, həm də Netanyahu sosial şəbəkə hesablarında paylaşım edərək bildirdilər ki, düşmənlərinə və münasibətlərinə qısqanclıqla yanaşanlara bir daha göstərirlər ki, onların strateji tərəfdaşlığı və müttəfiqliyi ən yüksək səviyyədədir.
Bununla yanaşı, hesab edirəm ki, hazırda İsrailin lobbi təşkilatı AIPAC ABŞ siyasətinə ciddi təsir göstərərək münaqişənin İsrailin maraqlarına uyğun şəkildə davam etməsinə çalışır.
Məncə, bu proses davam edəcək. Çünki Donald Trampın da hazırkı şəraitdə başqa seçim imkanları məhduddur. Hörmüz boğazındakı vəziyyət, Livandakı gərginlik və İranın raket imkanlarından hər an istifadə edə bilməsi bölgədə riskləri yüksək səviyyədə saxlayır.
Ona görə də bu məsələdə hələ bütün suallar cavabını tapmayıb. Görünən odur ki, bu düyünün açılması qarşıdakı dövrdə əsas siyasi mövzulardan biri olacaq”.
Şəbnəm










