Nikol Paşinyan BMT-də Azərbaycanı ittiham edib

“Bakı erməni hərbi əsirlərin geri göndərilməsini dayandırdı”.

Gununsesi.info “news.am” saytına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışı zamanı səsləndirib.

“Regional sabitliyin ən önəmli faktorlarından biri “Dağlıq Qarabağ problemi”nin əhatəli şəkildə həllinə qovuşdurulması, orada yaşayanların haqq və təhlükəsizliklərinin ələ alınması və onlara zəmanət verilməsidir”, – deyə o vurğulayıb.

Paşinyan rəsmi Bakını “hücumkarlıqda ittiham edərək deyib: “Ancaq “Dağlıq Qarabağdakı” 2020-ci il müharibəsinin humanitar nəticələri hələ ələ alınmayıb.

Ərazinin müharibədən sonra reabilitasiyası, yerindən edilmiş əhalinin psixo-sosial problemləri, erməni hərbi əsirlərinin geri qayıtması və mədəni-dini mirasının qorunması hökumətimizin gündəmində olmağa davam edəcək”. Tərcümə: Arzu S

Gununsesi.info