Operativ Qərargah yeni QƏRAR QƏBUL ETDİ: Avqustun 5-dən...

  • By admin
  • 02 Avqust 2021 15:11

2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.

İcazə verilən ölkələr aşağıdakılardır:

Almaniya Federativ Respublikası;

Avstriya Respublikası;

Belçika Krallığı;

Çexiya Respublikası;

Danimarka Krallığı;

İrlandiya Respublikası;

İspaniya Krallığı;

İsveç Krallığı;

İsveçrə Konfederasiyası;

Kanada;

Lüksemburq Böyük Hersoqluğu;

Malta Respublikası;

Niderland Krallığı;

Polşa Respublikası;

Portuqaliya Respublikası;

Serbiya Respublikası;

Sinqapur Respublikası;

Sloveniya Respublikası;

Slovakiya Respublikası;

Yunanıstan Respublikası.

Gununsesi.info