Operativ Qərargahdan SON DƏQİQƏ AÇIQLAMASI

  • By admin
  • 10 Fevral 2021 17:29

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3167 nəfər vəfat edib. Hazırda 2428 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7298, bu günə qədər isə ümumilikdə 2 470 908 test icra olunub.

Gununsesi.info