Overçukla Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

  • By admin
  • 03 Yanvar 2021 19:40

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər. “TASS” agentliyi xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

“Paşinyan Dağlıq Qarabağda vəziyyətin sabitləşməsində Rusiya Prezidenti Vladimir Putinin şəxsi səylərini və Rusiyanın konstruktiv rolunu yüksək qiymətləndirib”, – məlumatda deyilir.

Rusiya Baş nazirinin müavini qeyd edib ki, Rusiya bu çətin dövrdə dost erməni xalqına dəstəyini təsdiq edir.

Mətbuat xidməti bildirir ki, Paşinyan və Overçuk Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələləri, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi, həmçinin Ermənistan-Rusiya münasibətlərinin gündəliyində duran geniş məsələləri müzakirə ediblər.

 

Gununsesi.info