Özünü iş adamı kimi təqdim edən İsveç vətəndaşına dələduzluq ittihamı - YALANLARINI JURNALİST FUAD ABBASOVUN ƏLİ İLƏ TİRAJLAYIB / VİDEO

  • By admin
  • 21 Sentyabr 2021 11:03
Jurnalist Fuad Abbasovun Azərbaycan cəmiyyətinə Avropadan gəlmiş iş adamı kimi təqdim etdiyi Anar Məmmədov haqqında dələduzluq iddiası üzə çıxıb.
Bu barədə Gununsesi.info-ya İsveç Krallığında fəaliyyət göstərən İsveç Azərbaycanlıları Federasiyasının İH üzvü Aynur Quliyeva yazdığı məktubunda bildirib.
İsveç vətəndaşı olan Anar Məmmədovun Azərbaycanın Qərb bölgəsində otel tikintisi  və turizm strukturu yaradacağı barədə cəmiyyəti aldatdığını iddia edən Aynur xanım bildirir ki, o, bu prosesdə jurnalist Fuad Abbasovun xidmətlərindən istifadə edib.
Aynur Quliyeva yazır: “O, dələduzdur. İşi müxtəlif insanları aldatmaq, onların əmlakını ələ keçirməkdir. Bu günlərdə qarşıma İsveç vətəndaşı Anar Məmmədovun Azərbaycanda Göygöl rayonunda otel tikməsi haqqında video çıxışa rast gəldim. Videonu Misra TV-nin rəhbəri Fuad Abbasov hazırlamışdı. O, belə təqdim edirdi ki, İsveçdə bir azərbaycanlı pul qazanıb və vətənində iş görməyə gəlib. İş adamı kimi təqdim olunan şəxs əslində İsveç vətəndaşı Belehkim Abdelkebir adlı insanın inamından istifadə edərək, onun ev tikmək üçün hesabına köçürdüyü 1 milyon kronu “atıb”. İndi   Azərbaycandadır.  Amma təkcə bu deyil. İsveçdə açdığı “Beleh Malare ochh Stad” adlı firması vasitəsilə müxtəlif tikinti firma və mağazalarından direl, texniki avadanlıqlar, tikinti materialları alaraq, Azərbaycana gətirib. Həmin avadanlıqların bir qismi hələ də onun Gəncədəki evinin həyətində saxlanılır. Bu cür vasitələrlə dələduzluq edərək, İsveç vətəndaşlarına və dövlətinə külli miqdarda zərər vuraraq, Azərbaycana qaçıb.Onu polisə veriblər deyə artıq bu ölkəyə gəlmir. Eyni zamanda “Çeçen icması”na da “atdığı” üçün o icma üzvləri  də onu xtarır. Bütün yazdıqlarım real faktlardır”.
Gununsesi.info-nun   Anar Məmmədovun Daşkəsən və Göygöl rayonundan torpaq alması və otel inşa etdirməsi barədə  sorğusuna cavabda bu təsdiqini tapmayıb.
Adıçəkilən rayonların icra hakimiyyətlərindən  saytımıza bildirilib ki, Anar Məmmədov adlı şəxs belə bir layihə həyata keçirmir.
İddialarla bağlı  Anar Məmmədovun mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Onun “WhatsApp” nömrəsinə yazdıqlarımız isə cavabsız qaldı.
Gununsesi.info jurnalist Fuad Abbasovun Anar Məmmədovla iyun ayında hazırladığı reportajı təqdim edir:

P.S. Ümid edirik ki, Fuad Abbasov bu reportajı barədə cəmiyyətə açıqlama verəcək.

 

Gununsesi.info