Pakistanda helikopter qəzası: ölənlər var

  • By admin
  • 27 Dekabr 2020 12:20

Pakistanın şimalında helikopter qəzası baş verib.

Bu barədə “Sinxua” agentliyi bildirib.

Məlumata görə, hadisə nəticəsində dörd nəfər həlak olub. Onlardan ikisi pilot, ikisi isə hərbçilərdir.

Qeyd edilir ki, helikopter əsgərin meyitini hospitala aparırmış.

Hadisəyə texniki nasazlıq səbəb olub.

 

Gununsesi.info