Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi elita ilə keçirilən qapalı iclasda ölkənin daxili legitimliyinin möhkəmləndirilməsi və yeni Konstitusiyanın qəbulunun vacibliyi barədə açıqlama verib.
Bu barədə Gununsesi.info Ermənistan mediasına istinadən xəbər verir.
Dövlət qulluqçuları qarşısında çıxış edən Paşinyan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü müdafiə etmək hüququndan danışaraq, müdafiə sahəsində modernləşmə prosesinin sürətləndiyini bildirib.
Baş nazir silah və avadanlıq əldə edilməsinin, eləcə də müdafiə texnologiyalarına çıxış imkanlarının “eksponensial olaraq artdığını” vurğulayıb.
“Daxili legitimliyimizin gücləndirilməsini yeni Konstitusiyanın qəbul edilməsində ifadə olunmalı olan fundamental məsələ hesab edirəm”, – Paşinyan deyib.
Şəbnəm












