Payız sessiyasında 206 qərar və qanun qəbul edilib

  • By admin
  • 30 Dekabr 2022 13:22

Parlamentin fəaliyyətinin təkmilləşdirilməsi üçün görülən işlər bu ildə davam etdirilib.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Onun sözlərinə görə, payız sessiyasında 206 qərar və qanun qəbul edilib, 19 iclas keçirilib.

“Eyni zamanda Milli Məclisdə ictimai dinləmələr keçirilib. Bu il 10 ictimai dinləmə keçirilib. Bundan başqa, Milli Məclis tərəfindən bir neçə bəyanat qəbul olunub. Bunlardan biri Fransanın qanunverici orqanlarının qərarlarına cavab olaraq qəbul olunub. Eyni zamanda bir nəfər şəhid anası və dörd qazi Milli Məclisdə işlə təmin edilib”, – deyə parlament sədri çıxışında vurğulayıb.

Gununsesi.info