Paytaxtda avtobusla motosiklet toqquşdu

  • By admin
  • 26 Aprel 2021 21:32

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə avtobusun toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Musayev Kənan Musa oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Gununsesi.info