Pekin Putinin Çinə gözlənilən səfər tarixini açıqladı

  • Müəllif: Orxan
  • 16 May 2026 12:06

Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, nazirlik Rusiya dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında 19-20 may tarixlərində Çində səfərdə olacağını bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin Çinə səfəri ABŞ Prezidentinin səfərindən 4 gün sonraya təsadüf edəcək. Beləliklə, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi baş verəcək.

Gununsesi.info