Penitensiar xidmət sabiq icra başçısının təcridxanada “kef elədiyini” TƏKZİB ETDİ

  • By admin
  • 05 May 2021 10:15

Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunub.

Gununsesi.info Pentensiar Xidmətdən Modern.az-a verilən məlumata istinadən xəbər verir ki, həmin məlumatın yoxlanılması üçün dərhal təcridxanaya baş çəkilib:

“Həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunmuş və yerində araşdırma aparılıb. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilib”.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ağstafanın həbs olunan icra başçısı Nizaməddin Quliyev və onu müavini Ramiz Tatarov Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında xüsusi imtiyazlı otaqda saxlanılıblar. Onların həmin otağa divan, kreslo, yumşaq yataq dəsti, böyük diaqonallı televizor, xalça gətirtdikləri, hətta məhbuslardan birini də özlərinə qulluqçu götürdükləri bildirilib.