Pensiya alanlara şad xəbər: Bu tarixdən artım olacaq

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2025 12:20

“Gələn il hansı artımların olacağına gəldikdə, mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək:

“Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.

 

Gununsesi.info