Rusiya Prezidenti Vladimir Putin və Mərkəzi Bankın sədri Elvira Nabiullina 19 fevralda Kremldə görüşdülər və rəsmi məsələləri müzakirə etmək imkanı əldə etdilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Kremlin sözçüsü qeyd edib ki, “Onlar dünən görüşüblər. Elvira Nabiullina Madaqaskar prezidenti ilə birlikdə nümayəndə heyətimizin tərkibində olduğu üçün telefonla danışmaq məcburiyyətində qalmayıblar və kənarda ünsiyyət qurmaq imkanı əldə ediblər”.
Peskovun sözlərinə görə, Rusiya lideri və Mərkəzi Bankın rəhbəri rəsmi məsələləri müzakirə ediblər.
Maqsud











