Polisi döyən deputatın yerinə o seçildi - FOTO

  • By Günel
  • 03 Sentyabr 2024 17:10

Sentyabrın 1-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ictimaiyyətə təqdim edilib. 

Gununsesi.info Globalainfo.az – a istinadən xəbər verir ki, 2021-ci ildə polis əməkdaşını döyərək zor tətbiq edən sabiq deputat Eldəniz Səlimovun yerinə deputat seçilib.

Səsvermənin nəticəsinə əsasən, 57 sayılı Xaçmaz şəhər seçki dairəsindən Ağalar İsrafil oğlu Vəliyev seçilib. Qeyd edək ki, Eldəniz Səlimovun deputat olduğu zamanda bu dairə 55 sayılı Xaçmaz şəhər seçki dairəsi adlanıb.

Xatırladaq ki, 2021-ci ilin iyulun 29-da sabiq deputat E.Səlimov Xaçmaz şəhərində yerləşən dostuna məxsus “Starıy Dvor” restoranında karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərə görə polis əməkdaşı Zaur Mirzəyevi döyüb. E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(lent.az)

Ağalar Vəliyev: Özünə möhkəm tərəfdarlar qazanmış Azərbaycan yaxın zamanlarda dünya birliyinin öndə gedən ölkələrindən birinə çevriləcək - AZƏRTAC

Gununsesi.info