Telegram-ın yaradıcısı Pavel Durovun işi insan haqları baxımından narahatlıq doğurur.
Gununsesi.info xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) rəsmi nümayəndəsi Ravina Şamdassani bildirib.
“Bu, insan haqları ilə bağlı çoxlu narahatlıq doğurur. İstənilən məhdudiyyət mütənasib və beynəlxalq hüquqa uyğun olmalıdır” -deyə bildirilib.
Şamdassaninin sözlərinə görə, BMT OHCHR məsələnin həll edilməli olduğu parametrləri əks etdirən sənəd dərc etməyi planlaşdırır. O, həmçinin qeyd edib ki, təşkilat vəziyyətin inkişafının monitorinqini davam etdirir.
Durov avqustun 24-də Fransanın Le Burje hava limanında saxlanılıb. Fransa məhkəmə sisteminin məlumatına görə, Telegram-ın təsisçisi öz messenceri vasitəsilə narkotik alveri, uşaqlara qarşı cinayətlər və dələduzluq kimi qanunsuz fəaliyyətlərin ortağıdır.
Avqustun 28-də Durov məhkəmə nəzarətinə götürülüb və ona Fransanı tərk etmək qadağan edilib. O, beş milyon avro məbləğində girov ödəməlidir.