Politoloq Zelenskinin ABŞ-a çatdırdığı “sülh təklifləri”nin mənasını izah etdi

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 14:25

Ukrayna lideri Vladimir Zelenskinin ABŞ-a çatdırdığı “sülh təklifləri” daha çox Vaşinqtondan Moskvaya qarşı yeni təzyiq alətləri  əldə etməyə yönəlib.

Gununsesi.info xəbər verir ki, bu fikri Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi Təhlil və Sosial-Psixoloji Proseslər kafedrasının müdiri Andrey Koşkin Tsargrad.tv- yə verdiyi müsahibədə bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Ukraynanın özü elə bir vəziyyətdədir ki, münaqişənin əvvəlki kimi davam etdirilməsi getdikcə çətinləşir.

Koşkin qeyd edib ki, “Ukraynanın Rusiyanı cilovlamaq iqtidarında olmadığı, müharibənin məhv müharibəsi olduğu və Ukraynanın hazırda bu tip hərbi əməliyyatları davam etdirmək iqtidarında olmadığı anlaşılır”.

Ekspert baş verənləri Kiyevin Qərbin dəstəyini qorumağa çalışdığı siyasi oyunun davamı kimi görür .

Maqsud

Gununsesi.info