Polkovnik Abdullayev bu maddələrlə İTTİHAM OLUNUR

Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sabiq sədrilə bağlı rəsmi açıqlama verilib.

 Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 6 iyun 2022-ci ildə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azad Abdullayev Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamlarından hesab olunur.

Xatırladaq ki, bir neçə gün öncə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun keçmiş rəisi Elxan Məcidov da saxlanılıb. O, vaxtilə Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovun köməkçisi olub.
Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin zabiti olmuş Zahid Niftəliyev də həbs edilib.

Gununsesi.info