Polkovnik SİRLƏRİ AÇDI: Bu ölkələr Ukraynaya qoşun göndərir

  • By admin
  • 12 İyun 2022 11:45

Ukraynalı hərbi ekspert, polkovnik Oleq Jdanov Polşa, Böyük Britaniya, ABŞ və İsraildən olan özəl hərbi şirkətlərin Rusiya ilə müharibə üçün Ukraynaya gizli dəvət olunacağını tamamilə mümkün hesab edir.

Gununsesi.info xəbər verir ki, o, b u barədə jurnalist Dmitri Qordon müsahibəsində deyib.

Jurnalistin “Qərb texnikası ilə döyüşməyi bacaran özəl hərbi şirkətlərin ölkəmizə dəvət oluna bilərmi?” sualına  Jdanov “bu, tamamilə mümkündür”, – deyə cavab verib.

O, vurğulayıb ki, özəl hərbi şirkətlər Ukraynaya dəvət olunsa, bu, heç yerdə nümayiş olunmayacaq: “Çox güman ki, əks-hücum əməliyyatı mərhələsində özəl hərbi şirkətlərdən istifadə mümkündür. Amma yenə də “gizli” başlığı altında və heç kim onu yaymayacaq”, – polkovnik bildirib.

Gununsesi.info