Bakıda “Formula 2” üzrə əsas yarış başladı

  • By admin
  • 12 İyun 2022 12:00

Bakıda keçirilən 2022 “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində “Formula 2” üzrə  əsas yarış başlayıb. 

Gununsesi.info xəbər verir ki, 29 dövrənin yekununda qalib bəlli olacaq. Qeyd edək ki, ötən gün Bakıda keçirilmiş dəstək yarışı – “Formula 2” sprint yarışının qalibi “ART Grand Prix” komandasının pilotu danimarkalı Frederik Vesti olub.  “Prema” komandasının pilotu Cehan Daruvala və “Karlin” komandasından Liam Louson müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın kubokları Gənclər və İdman nazirinin müavini Marianna Toteva Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai tərəfindən təqdim olunub.

Gununsesi.info