Sel Ankaranı cənginə aldı: 1 nəfər itkin düşdü

  • By admin
  • 12 İyun 2022 12:03

Türkiyənin paytaxtı Ankarada baş verən güclü külək, leysan və yaranmış selin yaratdığı problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Təbii fəlakət nəticəsində onlarla avtomobilə, yaşayış binasına və digər tikiliyə zərər dəyib. Bir nəfər itkin düşmüş hesab olunur.

Gununsesi.info xəbər verir ki, Ankara valisi Vasip Şahinin məlumatına görə, ev, iş yerləri və yollar daxil olmaqla 300 bölgədə sel basması, 35 ağac aşması, 23 çardaq uçması, 3 elektrik dirəyinin devrilməsi mövcuddur.

Müxtəlif səbəblərdən köməksiz qalan 35 nəfərə xilasedici xidmət göstərilib. Bir yerdə yüksək mərtəbəyə əşya qaldıran səyyar lift başqa binanın üstünə aşıb.

Ən son məlumata görə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Ankara Böyükşəhər bələdiyyəsinin qüvvələri xilasedici, təmizlik və bərpa işlərinə cəlb olunub.

İncesu və Karapürçek bölgələrində təhlükədə olan beş uşağın həyatı xilas edilib.

Gununsesi.info