Portuqaliya yarım ay gün müddətinə öz sərhədlərini bağlayır

  • By admin
  • 29 Yanvar 2021 21:04

Portuqaliya hökuməti yaxın 15 gün ərzində vətəndaşların ölkə xaricinə getməsini məhdudlaşdıracaq.

Gununsesi.info istinadən bildirir ki, fövqəladə vəziyyət müddətinin uzadılması barədə debatlarda çıxış edən ölkənin daxili işlər naziri Eduardu Kabritanın sözlərinə görə, pandemiyaya qarşı mübarizə üzrə milli strategiya çərçivəsində bütün səfərlərə qadağalar tətbiq olunacaq.

Nazir bildirib ki, artıq Böyük Britaniyadan uçuşlara məhdudiyyət qoyulduğu və Braziliyaya uçuşlar dayandırıldığı üçün Portuqaliya hökuməti bütün Avropa İttifaqı üzrə risk zonaları arasında uçuşların məhdudlaşdırılması barədə qərara öz töhfəsini vermək niyyətindədir.

Gununsesi.info