Prezident: Almaniya bizim üçün vacib tərəfdaş ölkədir

  • Müəllif: Firuzə
  • 03 Oktyabr 2025 11:46

“Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk”.

Gununsesi.info  xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident İlham Əliyev məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.

 

Gununsesi.info