Prezident bu şəxsə yüksək VƏZİFƏ VERDİ – SƏRƏNCAM

  • By admin
  • 15 İyun 2021 09:27

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Rövşən Mürvət oğlu Rüstəmova həvalə olunub.

O, bu təyinata qədər “Azərkosmos” ASC-nin sədr müavini və müvəqqəti rəhbəri vəzifəsində çalışıb.

Gununsesi.info