Xəbər verdiyimiz kimi, hazırda Təzəpir Məscidində Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, aktyor sentyabrın 13-ü 86 yaşında Almaniyada vəfat edib.














