Prezidentlərin zarafatlarından sonra Cahangir Əsgərov imicini dəyişdi -Fotolar,Video

  • By admin
  • 26 Noyabr 2021 14:25

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir.
Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.
Gununsesi.info xəbər verir ki, AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub.
Bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.
Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.


Gununsesi.info