Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı

  • Müəllif: Firuzə
  • 26 Yanvar 2026 20:10

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. “Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir.Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq”,- deyə məlumatda vurğulanıb.

Gununsesi.info