Qəbələdə kişi qum üyüdən cihaza dəyib öldü

  • Müəllif: Firuzə
  • 28 Yanvar 2026 11:09

Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qum üyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info