Qəbələdə maşın aşdı - Sürücü öldü

  • Müəllif: Firuzə
  • 26 Yanvar 2026 09:18

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Nissan Navara” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb, avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info