Qənirə Paşayeva fəlsəfə doktoru Faiq Ələkbərli ilə görüşüb – FOTOLAR

  • By admin
  • 23 Dekabr 2020 17:40

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya institutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli ilə görüşüb.

Q.Paşayeva F.Ələkbərlinin fəlsəfi fikir tariximizlə bağlı ölkəmizdə və türk dünyasında ciddi elmi əsərləri ilə tanınmasından məmnunluğunu bildirib.

F.Ələkbərli Q.Paşayevaya “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər) ikicildliyini bağışlayıb. Komitə sədri ilə alim elm-mədəniyyət, türk dünyasında mədəni birlik mövzusunda ətraflı fikir mübadiləsi edib. F.Ələkbərli səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

 

 

Gununsesi.org