Qətər 14 il sonra Suriyaya səfir təyin etdi

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2025 16:56

Qətər 14 ildən sonra Suriyaya səfir təyin edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qətər əmiri Təmim bin Həməd Əl Tani fərman imzalayıb.

Məlumata görə, Xəlifə Abdullah Səd Əl Mahmud əş-Şərif Suriyaya səfir təyin olunub.

Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi zamanı Qətər 2011-ci ildə bu ölkədəki səfirliyini bağlamışdı.

 

Gununsesi.info