Qətər – Azərbaycan oyununun hakimləri müəyyənləşib

  • By admin
  • 25 Mart 2021 09:15

Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan yoldaşlıq görüşünü idarə edəcək hakimlər müəyyənləşib.

AFFA xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: İvan Kruzliak

Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko

Dördüncü hakim: Peter Kraloviç

Gununsesi.info