Qəzaya uğrayan təyyarə ilə bağlı yeni xəbər

  • By admin
  • 09 Yanvar 2021 20:03

İndoneziyada Boinq-737 sərnişin təyyarəsi radardan itib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, şənbə günü saat 14:40 radələrində Cakarta-Pontianak marşrutu üzrə uçuşları həyata keçirən Srivijaya şirkətinin təyyarəsi ilə əlaqə itib.

Təyyarənin qəzaya uğradığı ehtimal edilir.

***

İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.

Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.

***

İndoneziyanın Srivijaya şirkətinin qəzaya uğrayan sərnişin təyyarəsində 12 ekipaj üzvü də daxil olmaqla, 65 nəfər olub.

Bu barədə məlumatı İndoneziyanın Nəqliyyat naziri Budi Kariya Sumadi deyib. O bildirib ki, Yava dənizinə düşən təyyarədə 53 sərnişindən 10-u azyaşlı olub.

Sözügedən təyyarənin 26 ildir fəaliyyət göstərdiyi bildirilib.

Gununsesi.info