Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib

  • By Günel
  • 15 Yanvar 2025 22:20

“Qarabağ”ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Gununsesi.info xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından “köhlən atlar”ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, “Qarabağ”la ölkə çempionu və kubokunun qalibi olub.(“Report”)

Gununsesi.info