Qaradağda yük maşını yandı

  • By admin
  • 30 May 2022 09:27

Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. 

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının qarşısında 1 ədəd ağac qismən yanıb, yüksək temperaturdan binanın 4-cü mərtəbəsində ümumi sahəsi 73 m² olan mənzilin eyvanında 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Mənzil və ağacın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info