Qazaxda yeniyetmə oğlanı maşın vurdu

  • By admin
  • 03 May 2021 22:03

Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulan şəxs 17 yaşlı Əhmədov Kənan Habil oğlu olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub .

 

Gununsesi.info